"Zəlzələ zonası elan edilən 10 vilayətdə bir il ərzində kütləvi yaşayış evləri tikiləcək"
"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ baş verən bölgəyə gedib və orada açıqlama verərkən bildirib. Prezident Ərdoğan, Kahramanmaraş, ardından Hataya gedib.
Prezident Ərdoğan, Kahramanmaraşda baş verən zəlzələlərdə 9 min 57 nəfərin həyatını itirdiyini, 52 min 979 nəfərin yaralandığını, 6 min 444 binanın dağıldığını bildirib.
“Heç kəsi xarabalıqlar altında buraxmayacağıq, heç kimi ümidsiz qoymayacağıq"-deyə Türkiyə prezidenti bildirib.