Almaniyanın keçmiş kansleri Angela Merkel UNESCO tərəfindən təsis edilmiş Kot-d'İvuarın ilk prezidenti Feliks Houphouet-Boigny Sülh Mükafatını alıb.
"Unikal" xəbər verir ki, bu barədə Politico yazıb . Nəşrin məlumatına görə, mükafatlandırma mərasimi mükafatın liderinin şərəfinə adlandırılan Afrika dövlətinin paytaxtı Yamussoukroda baş tutub.
Qeyd edildiyi kimi, Merkel bu mükafatı 2015-ci ilin miqrasiya böhranı zamanı Avropa İttifaqında qaçqınları qəbul etmək səylərinə görə alıb. Mükafatlandırma mərasimində çıxış edən o, Feliks Houphouet-Boigny-dən sitat gətirərək dialoqu güclülərin silahı adlandırıb.
“Sülh naminə qətiyyətlə və səylə çalışmaq həmişəkindən daha vacibdir. Dialoq zəiflərin deyil, güclülərin silahıdır”, - deyə Merkel bildirib.
Almaniyanın keçmiş kansleri qeyd edib ki, münaqişələr insanları öz doğma ölkələrini tərk etməyə məcbur edir. O, həmçinin əlavə edib ki, Rusiyanın Ukraynadakı hərbi xüsusi əməliyyatı “Avropanı yerə yıxıb”.
Bundan əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tajani demişdi ki, müasir Avropada Merkel səviyyəsində liderlər yoxdur .