ABŞ müdafiə naziri Lloyd Ostin Türkiyə milli müdafiə naziri Hulusi Akarla telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib.
Ostin ABŞ-ın ehtiyaclara uyğun olaraq Türkiyəyə dəstək verməyə davam edəcəyini bildirib. Rayder bildirib ki, Türkiyənin beynəlxalq yardım çağırışı ilə İncirlik aviabazasında yerləşən ABŞ qüvvələri zəlzələ bölgələrinə göndərilib.
O qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Corc Buş" aviadaşıyıcısı əlavə dəstək üçün Türkiyə sahillərinə gedəcək.