Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirinin müavini Ömər Fatih Sayan Twitter -in Qlobal Hökumətlə Əlaqələr rəhbəri Con Hughes və Twitter-in Türkiyə İctimai Siyasət Direktoru Ronan Kostello ilə görüş keçirib.

"Unikal" xəbər verir ki, Türkiyə sosial şəbəkələrdə reallığa uyğun olmayan yazılarla bağlı Twitter-ə xəbərdarlıq edib.

Videokonfrans üsulu ilə keçirilən görüşdə dezinformasiya, saxta hesabat və saxta hesablarla bağlı atılacaq addımlar müzakirə edilib.

“Twitter”ə cəmiyyəti çaxnaşma və xaosa sürükləyən məsələlərə qarşı məsuliyyəti xatırladılıb.

.