Fransa prezidenti Emmanuel Makron Ukrayna lideri Volodimir Zelenskini "Fəxri Legion" ordeni ilə təltif edib.

"Unikal" xəbər verir ki, bu barədə Fransa rəhbəri "Twitter" hesabında məlumat yayıb.

"Ukraynaya və onun xalqına ehtiram. Hörmətli Vladimir, cəsarətinizə və sədaqətinizə görə sizə hörmət edirəm", - siyasətçi deyib.

"Fəxri Legion" Fransanın ən yüksək səviyyəli mükafatıdır. Bu fərqlənmə yalnız hərbi və ya mülki xidmətə görə respublika prezidenti tərəfindən verilə bilər.

Xatırladaq ki, Zelenski fevralın 8-də Fransaya səfər edib.

Ağarza Elçinoğlu