Kahramanmaraşda baş verən zəlzələdən 64 saat sonra dağıntılar altından xilas edilən 24 yaşlı gənc divara yazdığı sözlə gündəm olub.
"Unikal" xəbər verir ki, o xilas edilməsini gözləyərkən, divara "ümidini itirmə" sözlərini yazıb. Gəncin bu yazısı sosial mediada gündəm olub.
Dağıntılar altından çıxarılan gənc həkim qruplarına təhvil verilib.