Zəlzələ baş verən Türkiyənin Kahramanmaraş bölgəsində daha bir ailə faciəsi yaşanıb.
"Unikal" xəbər verir ki, Elbistan mahalında baş verən hadisədə bir ailənin beş üzvü 4 gün öncə aldıqları evin dağıntıları altında qalaraq vəfat ediblər.
Məlumata görə, İsmayıl Taşkın işləmək üçün sözügedən bölgəyə gedibmiş. Zəzələdən sonra onunla bərabər həyat yoldaşı Zeliha Taşkın, uşaqları Sehernur, Hanım və 5 yaşlı Məhəmməd Əmin Taşkının cəsədləri tapılıb.
İsmayıl Taşkın fevralın 2-də Günəşli məhəlləsində aldığı mənzilin sənədinin sevincini sosial media hesabında paylaşmışdı.
Ağarza Elçinoğlu