Kahramanmaraş da daxil olmaqla 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər Suriyada da dağıntılara səbəb olub.
"Unikal" xəbər verir ki, Afrində aparılan axtarış-xilasetmə işləri zamanı ata və oğulun çarəsiz halı hər kəsi kədərə boğub.
Belə ki, ata oğlunu dağıntılardan qorumaq üçün qucaqlayıb. Nəticədə kişi həyatını itirib, azyaşlı isə sağ qalıb. Saatlar sonra xilas edilən ata və oğlun görüntüləri ürəkləri dağlayıb.
Görüntülər qısa zamanda sosial mediada diqqət çəkib.
Gülayə Mecid