Hatayda həbsxanadan qaçmağa cəhd gösətərən məhkumlar zərərsizləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Ədliyyə Nazirliyinin Cəza və Təcridxanalar Baş İdarəsi məlumat yayıb.
Bildirilir ki, məhkumlar yanğın törədərək həbsxanadan qaçmağa cəhd edib. Bu zaman polislərlə baş verən qarşıdurmada 3 məhbus ölüb, 9-u yaralanıb.
Cəzaçəkmə müəssisəsində yanğının söndürülüb, təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunvericilik çərçivəsində zəruri müdaxilələr edilib.
Gülayə Mecid