Ermənistan Parlamenti fevralın 9-da müxalifət "Ermənistan" fraksiyasının üzvü Armen Çarçyanı deputat toxunulmazlığından məhrum edib.
"Unikal" xəbər verir ki, baş prokurorun vəsatətinin təmin edilməsinin lehinə 67 deputat səs verib.
Prokurorluq "İzmirlyan" Tibb Mərkəzinin keçmiş direktoru Armen Çarçyanı 2017-ci ildə saxta tibbi rəy verdiyinə görə toxunulmazlığını əlindən alıb.
Ötən gün sözegedən fraksiyanın rəhbəri, keçmiş müdafiə naziri Seyran Ohanyanın da toxunulmazlığı götürülüb.
Ağarza Elçinoğlu