Rusiya işğalçıları Ukraynadakı döyüş meydanında heyrətamiz itkilər verirlər. Bu müharibə Rusiya prezidenti Vladimir Putin üçün strateji uğursuzluq olaraq qalır.
"Unikal" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə birgə brifinq zamanı deyib.
Onun sözlərinə görə, Kreml rəhbəri nə Ukraynanı tuta, nə də ukraynalıların iradəsini qıra bildi.
"Ukraynaya qarşı müharibə prezident Putinin strateji uğursuzluğu olmaqda davam edir. O, Ukraynanın demokratik yolla seçilmiş hökumətini devirə bilmədi, Ukraynanı Rusiyaya birləşdirə bilmədi və ya xalqın iradəsini qıra bilmədi. O, Kiyev, Xarkov uğrunda döyüşlərdə məğlub oldu. Onun ordusu meydanda heyrətamiz itkilər verir,"- Blinken bildirib.
Gülayə Mecid