Qadınlara könüllülük əsasında 6 ay müvəqqəti hərbi xidmət keçməsinə imkan yaradacağıq, bundan sonra onlar da “Vətəndaşın müdafiəçisi” məntiqi ilə daha uzunmüddətli hərbi xidmət keçə bilərlər.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Müdafiə naziri Suren Papikyana müraciət edən Paşinyan 6 aylıq hərbi xidmət üçün ərizə yaza biləcəklərini soruşub.
"Qış çağırışına düşmək üçün hər şeyi edəcəyik, yay çağırışına keçib-keçməyəcəyimizi demək çətindir, hər şey sürətimizdən asılıdır", - Papikyan bildirib.
Paşinyan cavabında “Qadınlarımız üçün yeni və təzə infrastrukturlara malik olmağı qarşımıza vəzifə qoymuşuq ki, prosesə yeni məzmun və təravətlə başlaya bilək, bu, onlar üçün yeni səhifədir”, - deyə bildirib.
Gülayə Mecid