Zəlzələdən əziyyət çəkən Türkiyənin daha bir bölgəsi - Kilis vilayətində axtarış-xilasetmə işləri başa çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.

***13:42

Türkiyənin Şanlıurfa şəhərində axtarış-xilasetmə işləri başa çatdırılıb.

"Unikal" xəbər verir ki, bu barədə məlumat Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) tviter hesabı məlumat yayıb. 

Bildirilir ki, xilasedicilər Şanlıurfadan axtarış işlərinin hələ davam etdiyi digər bölgələrə yönləndirilib.