"Biz 95 ölkədən və 16 beynəlxalq təşkilatdan yardım təklifi almışıq".
"Unikal" xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 26-cı iclasında deyib.
Onun sözlərinə görə, hazırda zəlzələdən əziyyət çəkən bölgələrdə 56 ölkədən 6 min 479 heyət var. Daha 19 ölkənin komandası 24 saat ərzində ölkəmizdə olacaq.
Gülayə Mecid