Ermənistanın sabiq müdafiə naziri Viqen Sarkisyana qarşı cinayət işi açılıb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, o, 2016-2018-ci illərdə hərbçi olmayan 29 şəxsə mənzillərin ayrılması barədə göstəriş verib. Bununla da prokurorluq Viqen Sarkisyanın dövlətə zərər vurduğunu bildirib.
Belə ki, eks-nazirin həbs olunması üçün məhkəməyə müraciət olunub.