Kahramanmaraşda baş verən zəlzələlərdən sonra 10 ildə axtarış-xilasetmə işləri davam edir. Zəlzələdə yaralılar və evsiz qalan insanlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə hotellərə yerləşdirilib.
"Unikal" xəbər verir ki, Kahramanmaraşlıdan olan 600 zəlzələ qurbanı Antalyadakı hotellərə yerləşdirilib.
Zəlzələdən sağ çıxanlar yerli KİV-ə danışıblar. İnsanlar çox çətin vəziyyətdə olduqlarını, bu zəlzələdən həm maddi, həm də mənəvi ziyan çəkdiklərin vurğulayıblar.
Dağıntılar altından sağ çıxan Serpil Subaşı “4 yaşlı nəvəm tətildə olduğumuzu düşünür. Evimizin dağıldığını bilmir, elə bilir ki, tətilə gəlmişik”, - deyərək yerli KİV-ə müsahibə verib. Engin Kubilay adlı şəxs isə "Hazırda psixologiyamız yaxşı deyil. Dostlarımızı itirdiyimiz üçün telefonumdan 61 kontaktı sildim. Çünki yaxınlarımız zəlzələnin qurbanı oldu",- deyə vurğulayıb.
Gülayə Mecid