2023-cü ildə G7 qrupuna sədrlik edən Yaponiyanın baş naziri Fumio Kişida Ukrayna Prezidenti Volodimir Zelenskini fevralın 24-də qrupun onlayn sammitində iştirak etməyə dəvət edib.
"Unikal" xəbər verir ki, qarşıdan gələn onlayn görüşdə Zelenskinin birliyin mayın 19-21-də Xirosimada keçiriləcək əyani sammitinə dəvət olunması məsələsi qaldırıla bilər.
G7 liderlərinin danışıqları 2023-cü ildə Yaponiyanın sədrliyi ilə keçiriləcək ilk danışıqlar olacaq. Görüşdə tərəflər Rusiyaya qarşı sanksiyaların və Ukraynaya yardımın davam etdirilməsi ilə bağlı mövqelərini əlaqələndirməyi planlaşdırırlar. Danışıqların mövzuları arasında Ukraynada infrastrukturun bərpası və sabit enerji təchizatının təmin edilməsi də ola bilər.