Ukrayna prezidenti Volodimir Zelenski İsrailin xarici işlər naziri Eli Koenlə görüşü zamanı İranı hər iki ölkənin “ortaq düşməni” adlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Zelenski həmçinin bildirib ki, o, Koenlə müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsini, həmçinin Ukraynada hava hücumundan müdafiə sistemlərinin tikintisini müzakirə ediblər.
Öz növbəsində İsrail XİN-in mətbuat xidməti Koen və Zelenski arasında görüşdə “İran problemi”nin müzakirə edildiyini təsdiqləyib.
Müvafiq olaraq, görüş zamanı tərəflər “Kiyev və Qərb ölkələrinin Rusiyanı pilotsuz təyyarələrlə təchiz etməkdə ittiham etdikləri qondarma “Ukraynada İran terror fəaliyyəti”nin ən sərt qınaqlara layiq olduğu və beynəlxalq ictimaiyyət tərəfindən əməli addımların atılmasını tələb etdiyi barədə razılığa gəliblər”.