Bu gün Avropa İttifaqı ölkələrinin nümayəndələrindən ibarət 100 nəfərlik müşahidə qrupu Ermənistana gedəcək.
"Unikal" xəbər verir ki, onların arasında 8 fransız jandarma zabiti və 15 alman polisi var.
Avropalı müşahidəçilər Ermənistanın Azərbaycanla sərhədə bitişik ərazilərində yerləşdiriləcək. Bu, Aİ-nin ikinci və daha böyük monitorinq missiyası olacaq.
Xatırladaq ki, oktyabrın 19-dan dekabrın 19-dək Avropa Siyasi Birliyinin oktyabr Praqa Sammitinin razılaşmalarına əsasən, 40 nəfərdən ibarət ilk qrup Ermənistanda olub. İkinci missiyanın göndərilməsi barədə qərar Avropa Komissiyası tərəfindən 23 yanvar 2023-cü ildə qəbul edilib.
Ağarza Elçinoğlu