Türkiyədə böyük dağıntılara səbəb olan zəlzələni 3 gün əvvəl sosial media hesabında paylaşan "zəlzələ peyğəmbəri" ləqəbli mütəxəssis Frank Hoogerbeets yenidən gündəmə gəlib.
"Unikal" xəbər verir ki, o, "Günəş Sistemi Həndəsə Araşdırması" (SSGEOS) adlı şirkətinin sosial media hesabında İç Anadolu Bölgəsində güclü zəlzələ olacağını bildirib.
Hoogerbeets bununla bağlı xəbərdarlıq edib.
Qeyd edək ki, Türkiyənin yeddi coğrafi bölgəsindən biri olan İç Anadoluya 13 vilayət (Ankara, Konya, Kayseri, Eskişehir, Sivas, Kırıkkale, Aksaray, Karaman, Kırşehir, Niğde, Nevşehir, Yozgat, Çankırı) daxildir.
Seymur Əli