Çeçenistan lideri Ramzan Kadırovun səhhətində ciddi problemlərin yarandığı bildirilir.
"Unikal" xəbər verir ki, Kadırov son videolarında kökəlmiş, şişkin görünür və bəzən gözlərini aça bilmir. Ehtimal olunur ki, Kadırovun böyrəklərində ciddi problemlər var.
Məlumata görə, çeçen lider rusiyalı həkimlərə etibar etməyib və Birləşmiş Ərəb Əmirliklərindən Çeçenistana xüsusi həkim gətirib.
Digər iddiaya əsasən, Kadırov səhhətində yaranmış problem səbəbindən Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də parlamentdəki çıxışına qatıla bilməyib.