ABŞ və Britaniya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etməsinə qarşıdır.
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağri Erhan "RİA Novosti"yə müsahibəsində deyib.
"Onlar (ABŞ və Böyük Britaniya. - red) mümkün olan ən uzun müharibəni istəyirlər, onlar ukraynalıların gələcəyini, sülh haqqında düşünmürlər", - deyə Erhan bildirib.
O, hesab edir ki, Ərdoğan bu görüşü təşkil etmək iqtidarındadır və danışıqlardan sonra konkret nəticələrin əldə olunması önəmlidir.
Erhanın fikrincə, ilk növbədə atəşkəsə nail olmaq vacibdir.
Gülayə Mecid