Rusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı dövlət başçıları Rusiya-İran münasibətlərinin hazırkı səviyyəsini və inkişaf dinamikasını qiymətləndiriblər. Putin və Rəisi ikitərəfli əlaqələrin, o cümlədən birgə infrastruktur layihələri sahəsində inkişafı müzakirə edib, həmçinin təmasları davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Putinlə Rəisi sonuncu dəfə yanvarın 11-də telefonla danışıblar.
Ağarza Elçinoğlu