BMT “taxıl müqaviləsi”ni davam etdirmək arzusunda olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə baş katibin sözçüsü Stephane Dujarric bildirib.
"Biz bütün maraqlı tərəflərlə müzakirələr aparırıq"
Bundan əlavə, Düjarrik ərzaq ixracı üçün Ukrayna limanlarının sayının artırıla biləcəyi ilə bağlı xəbərləri şərh etməyib.
“Taxıl müqaviləsi” martın 18-də başa çatır. Daha əvvəl XİN məlumat vermişdi ki, Qərb ölkələri sazişlərin Rusiya hissəsinin yerinə yetirilməsinə məhəl qoymadığından razılaşma işləmir.