Statistik məlumatlara görə, İsveç Qərbi Avropada silahlı zorakılığın ən yüksək göstəricilərindən birinə malikdir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Anadolu nəşrinin məlumat dərc edib. Nəşr qeyd edir ki, bu rəqəm qanunsuz odlu silah axınına görə məsuliyyət daşıyan dəstələrin və cinayətkar qrupların sayının artmasının nəticəsidir.
Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Qlobal Təşəbbüsünün 2021-ci il hesabatına görə, Yuqoslaviya istehsalı olan silahlar İsveçdə zorakılığın artmasına təkan verir. Bu , 1990-cı illərdə Stokholmun cinayət aləmində hökmranlıq edən, indi dağılmış qondarma "Yuqoslaviya mafiyası"nın irsi ilə əlaqələndirilir.
Daha əvvəl Macarıstan parlamentinin spikeri Laslo Kever bildirmişdi ki, Macarıstanın Dövlət Assambleyasında (birpalatalı parlament) hakim partiya koalisiyasından olan deputatlar Finlandiya və İsveçin NATO- ya qəbulu məsələsini artıq həll olunmuş hesab etmirlər.
Macarıstan prezidenti Katalin Nowak bildirib ki, Macarıstan parlamenti may ayında Finlandiya və İsveçin NATO-ya qəbulu ilə bağlı sənədlərin ratifikasiyası ilə bağlı iclas keçirməyi planlaşdırır.