ABŞ Ukraynaya F-16 tədarük etməyi planlaşdırmır.
"Unikal" xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə deyib.
“Bildiyiniz kimi, prezident F-16 haqqında danışdı. Heçnə dəyişmədi. Hələlik bu planlaşdırılmır " - deyə administrasiya sözçüsü brifinqdə bildirib.
ABŞ prezidenti Co Bayden daha əvvəl televiziyaya verdiyi müsahibədə F-16-ların Ukraynaya təhvil verilməsini istisna edərək, mövcud münaqişə kontekstində bu cür transferlərin heç bir mənası olmadığını demişdi.
Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi.