Xəbər verdiyimiz kimi, Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Türkiyəyə bu ölkənin ərazisində olan və onun təhlükəsizliyinə təhlükə yarada biləcəyi iddia edilən rusların siyahısını göndərib. Nəticədə Türkiyədə yaşamaq icazəsi olan 4 "qanuni oğru" deportasiya həbsxanasına göndərilib.
"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, bu gün Elqudja Turkadze (Qudja) adlı "qanuni oğru" sərbəst buraxılıb.
Saxlanılan daha üç "qanuni oğrular" Hüseyn Əhmədov (Hüseyn Slepoy), Vladimir Jurakovski (Vova Puxlı), Otari Totoçiya (Batya) həbsdədir.
Onlar barəsində istintaq işi davam edir.
Qeyd edək ki, saxlanılan şəxslərin mərhum "qanuni oğru" Nadir Səlifovun ("Lotu Quli") yaxın adamları olduğu bildirilir.
Gülayə Mecid