Rusiyada Perm diyarının qanunvericilik məclisinin keçmiş deputatı Aleksandr Telepnev həbs edilib.
"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, buna səbəb eks-deputatın gecə klubların birində dava etməsi olub.
Belə ki, "Nataşa" adlı barda istədiyi musiqini səsləndirməyən Aleksandr DJ-yə hücum edib. Onun çənəsini sındırıb. Hadisə anbaan müşahidə kameralarına əks olunub. Davadan sonra DJ eks-deputatdan şikayətçi olub. Saxlanılan Aleksandr Telepnev məhkəmə qarşısına çıxarılıb. O, barda baş verən davaya görə 4 il sərt rejimli koloniyaya məhkum edilib.
Seymur Əli