Ukraynada Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri 356 uşaq itkin düşmüş hesab olunur.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Ombudsman Aparatının mətbuat xidməti məlumat yayıb .
““Müharibə uşaqları” portalının 2023-cü il martın 7-nə olan məlumatına görə (Ukraynada — red.) 356 uşaq itkin düşmüş hesab olunur, 16 224 uşaq deportasiya edilib, 10 230 uşaq tapılıb", - məlumatda deyilir.