Filippində 6 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Açıqlamada zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilib. San Mariano bölgəsi yaxınlığında qeydə alınan zəlzələdən sonra afterşokların baş verə biləcəyi barədə xəbərdarlıq edilib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilməyib.