Türkiyənin Kayseri şəhərində 4,7 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) yayıb.
Yeraltı təkanlar şəhərin İncesu bölgəsində qeydə alınıb.