"Heç kimin tələ qurmağa haqqı yoxdur".

"Unikal" xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanun layihəsinə etiraz edənlə xəbər verir ki, rə müraciətində bildirib.

“Mən bu axşam Rustavelidə dayananlara müraciət edirəm. Hazırda Nyu-Yorkdayam və arxamdakı Azadlıq heykəlidir. Gürcüstan bu simvol uğrunda hər zaman mübarizə aparıb, siz də məhz bu məqsədlə toplanmısınız. Mən sizin tərəfinizdəyəm. Bu gün siz azad Gürcüstanı təmsil edirsiniz. Öz gələcəyini Avropada görən Gürcüstan heç kimə bu gələcəyi oğurlamağa icazə verməyəcək. Heç kimin tələ qurmağa haqqı yoxdur. Bu gələcək bizim gələcək nəsillərimizə aiddir. Moskvanın diktə etdiyi bu qanuna heç kimin ehtiyacı yoxdur” – Prezident deyib.

23:55

Gürcüstan prezidenti Salome Zurabişvili “xarici agentlər” haqqında qanun layihəsinə etiraz edənləri dəstəkləyib.

"Unikal"  xəbər verir ki, bu barədə o, xalqa müraciətində bildirib.

23:42

Gürcüstan Prezidenti Salome Zurabişvili xalqa təcili müraciət edəcək. Bu, “xarici agentlər”lə bağlı qalmaqallı qanun layihəsinə kütləvi etirazlar fonunda baş verəcək.

“Unikal” xəbər verir ki, bu barədə Gürcüstan Prezidentinin Administrasiyası məlumat yayıb.

"Gürcüstan Prezidenti Salome Zurabişvili Nyu-Yorkdakı bütün görüşləri ləğv edib. O, bir saat ərzində Gürcüstan xalqına təcili müraciət edəcək", - administrasiyanın bəyanatında deyilir.

Xatırladaq ki, bu gün, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edən polislə toqquşma olub.