"Vaqner" özəl hərbi şirkətinin (PMC) döyüşçüləri Baxmutdan şimal-qərbdə yerləşən Dubovo-Vasilevka kəndini nəzarətə götürüblər.
"Unikal" xəbər verir ki, bu barədə PMC-nin təsisçisi Yevgeni Priqojin bildirib.
"Dubovo-Vasilevka tamamilə Vaqner PMC-nin nəzarəti altındadır. Ətrafda döyüşlər gedir. Qəsəbənin bütün ərazisi bizim əlimizdədir", -məlumatda deyilir.
Qeyd edək ki, artıq bir neçə həftədir Baxmut uğrunda döyüşlər davam edir.
Ağarza Elçinoğlu