Qazaxıstanın eks-müdafiə naziri Murat Bektanova 12 il müddətinə azadlıqdan mərhum edilib.
"Unikal" Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, sabiq müdafiə nazirinə Cinayət İşləri üzrə İxtisaslaşdırılmış Rayonlararası Hərbi Məhkəməsində hökm oxunub.
Qeyd edək ki, istintaq 2022-ci il fevralın 19-da “xidmətdə fəaliyyətsizlik faktı” üzrə başlayıb. Məhkəmə işə “Sirr” rubrikası ilə baxıldığını bildirərək, daha ətraflı məlumat verməkdən imtina edib.
Qazaxıstanın Baş prokuror Berik Asılov bildirib ki, Bektanov döyüş şəraitində vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və açıq-aşkar qanunsuz göstərişlər verməkdə, hərbi strateji obyektləri mühafizəsiz qoymaqda ittiham olunur.
Gülayə Mecid