Türkiyənin Iğdır bölgəsindəki Heydər Əliyev parkı yaxın aylarda yenidən qurulacaq.
Məsələ ilə bağlı "Unikal"a açıqlamasında Iğdır bələdiyyə sədrinin müavini Ferdi Turan bildirib ki, Heydər Əliyevin heykəlinin də başqa bir əraziyə köçürülməsi planlaşdırılır.
"Hazırda bizim bələdiyyə binasını da başqa bir yerə köçürməyi düşünürük. Heydər Əliyev parkı da yenidən salınacaq və genişləndiriləcək. Hazırda parkın ərazisi 4 hektardır. Biz onun ərazisini 6 hektar etməyi düşünürük. Sözegedən layihəni həyata keçirmək üçün bir neçə şirkət müraciət etdi. Biz onları nəzərdən keçirdiyimiz üçün işlər ləngidi. Amma sonda TOKİ ilə razılaşdırıldı. Bu gündən etibarən parkda təmizlik və köçürmə işlərinə başlanılıb", - deyə Turan qeyd edib.
Onu da deyək ki, şəhərdəki Heydər Əliyev parkının yararsız vəziyyətə düşməsi haqqında sosial şəbəkədə görüntülər yayılmışdı.
Ağarza Elçinoğlu
Türkiyənin #Iğdır bölgəsindəki Heydər Əliyev parkının son halı... pic.twitter.com/6OajGJGVX6
— Unikal Media Group (@UnikalOrgPortal) March 10, 2023