Kreml Ermənistanın bəzi rusiyalıların, ayrı-ayrı media menecerlərinin və ya qanunvericilərin ölkəyə girişini qadağan edən qərarlarına mənfi münasibət bəsləyir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Düzünü desəm, buna münasibətimiz mənfidir. Yaxın gələcəkdə Moskva ilə İrəvan arasında münasibətlərin belə insidentlərdən azad olacağına ümid edirik", - Peskov deyib.
Ağarza Elçinoğlu