İki aydan sonra Ukrayna Silahlı Qüvvələri (AFU) əks-hücum əməliyyatına başlaya bilər.
"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixailo Podolyak “La Stampa” qəzetinə müsahibəsində bildirib.
O, Kiyevin diqqətini "təxminən iki aydan sonra" baş tutacaq əks-hücuma yönəltdiyini qeyd edib.
Podolyak vurğulayıb ki, Ukrayna ordusu 155 millimetr kalibrli ağır artilleriya mərmilərinin təchizatını artırmalıdır.