Belarus prezidenti Aleksandr Lukaşenko Çindən olan həmkarı Si Cinpini respublikaya səfərə dəvət edib.
"Unikal" xəbər verir ki, bu barədə Belarus dövlət başçısının mətbuat xidməti açıqlayıb.
"Əziz dost, mən sizi əlverişli vaxtda Belarusa səfərə dəvət edirəm, burada xalqımızın səmimi qonaqpərvərliyini və mehribanlığını bir daha hiss edə bilərsiniz", - məlumatda deyilir.
Lukaşenko həmçinin Si Cinpini yenidən Çin lideri seçilməsi münasibətilə təbrik edib.
Ağarza Elçinoğlu