Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonrakı ilk günlərdə Roma Papası Fransisk Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya getmək istəyib.
"Unikal" Papa Fransiskin "Vatican news"a açıqlamasına istinadən xəbər verir ki, Rusiya XİN rəhbəri onun bu təklifini rədd edib.
"Müharibənin ikinci günü Rusiyanın Vatikandakı səfirliyinə getdim və dedim ki, Putin mənə danışıqlar üçün pəncərə açsa, Moskvaya getməyə hazıram. Lavrov mənə məktubla cavab verdi: "Sağ olun, amma indi bunun vaxtı deyil"", - yepiskop bildirib.
Ağarza Elçinoğlu