Gürcüstanın Sameqrelo bölgəsində polis vəzifə başında ölü tapılıb.
"Unikal" gürcü KİV-nə istinadən xəbər verir ki, meyit Kutaisidə müayinə olunduqdan sonra onun intihar etdiyi məlum olub.
Teklati şöbəsinin digər əməkdaşları növbətçi otağında güllə səsini eşidib. Onlar otağa daxil olanda 45 yaşlı həmkarlarının artıq öldüyünü görüblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
Ağarza Elçinoğlu