Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da baş vermiş zəlzələdə həlak olanlara hörmət əlaməti olaraq prezident və parlament seçkiləri üçün musiqi müşayiəti olmadan təşviqat aparmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, ölkə başçısı kampaniya üçün hazırlanan bütün musiqiləri qadağan edib.
"Biz musiqisiz təbliğat aparacağıq, üz-üzə görüşəcəyik”, - deyə Ərdoğan sərəncam imzalandıqdan sonra qeyd edib.
Ərdoğan cümə günü ölkədə ümumi seçkilərin mayın 14-nə təyin edilməsi haqqında fərman imzalayıb. Fərman rəsmi qəzetdə dərc olunub.