Türkiyədəki zəlzələdə ölənlərin sayı 47 min 932-ə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.
"5 bölgədə zərəri qiymətləndirmə işləri sona çatdı. Yeni yaşayış massivlərində işlərimizi davam etdiririk" - deyə bildirilib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu həyatını itirənlərin 6265-nin xarici ölkə vətəndaşı olduğunu açıqlayıb.