Belarus lideri Aleksandr Lukaşenko İrana səfər edəcək.
"Unikal" xəbər verir ki, səfər martın 12-13-də baş tutacaq.
Lukaşenko İran prezidenti İbrahim Rəisi ilə danışıqlar aparacaq.
Görüş zamanı ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığı, ikitərəfli münasibətlər müzakirə olunacaq.