“Biz Yunanıstanla münasibətlərdə dialoqun tərəfdarıyıq, bunu qarşı tərəfə çatdırmışıq”.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri ordu generalı Hulusi Akar “CNN Türk”ə müsahibəsində deyib.
O bildirib ki, Yunanıstanla konstruktiv müzakirələr davam edir: “Yunanıstanda qatar qəzası oldu. Baş sağlığı verdik. Biz xoş qonşuluq münasibətlərinə uyğun olaraq problemlərin sülh yolu həllinin tərəfdarıyıq”.