Ukrayna quru qoşunlarının şərq qrupunun komandiri, general-polkovnik Aleksandr Sirski Baxmuta gedib.
"Unikal" xəbər verir ki, Sirski şəhərin mühafizəsi istiqamətində atılan addımlarla tanış olub.
Onun sözlərinə görə, Baxmutun müdafiəsinə ciddi qüvvələr cəlb olunub ki, bu da düşmənə planlarını həyata keçirməyə imkan vermir: "Baxmutda Ukrayna qoşunları şəhərin müdafiəsini davam etdirərək düşmənə layiqli zərbələr endirirlər. Bu, bizə yazda əks-hücum əməliyyatı üçün qüvvə toplamağa imkan verəcək".
Ağarza Elçinoğlu