Türkiyənin Aydın bölgəsinin Didim rayonu sahillərində miqrant qayığı batıb.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində 3 nəfərin cəsədi tapılıb.
Qeyd edək ki, qayıqda 31 nəfər olub. Onlardan 10 nəfəri xilas edilib. İtkin düşən 21 nəfərdən hələlik üçünün meyiti tapılıb.
Sahil Mühafizə Komandanlığı ərazidə axtarış işlərini davam etdirir.
Ağarza Elçinoğlu