Polşa Rusiya təhlükəsinə cavab olaraq son 50 ildə Avropanın ən böyük silahlanma kampaniyasına başlayır.
"Unikal" xəbər verir ki, bu barədə "The Telegraph" agentliyi məlumat dərc edib.
"Rusiya Federasiyasının Ukraynanı hədəf alan cinayətkar hücumu və Rusiya diktatoru Vladimir Putinin gözlənilməz mahiyyəti o deməkdir ki, biz texnikanın modernləşdirilməsini daha da sürətləndirməliyik. Polşa üçün təhlükəsizlik səviyyəsini mümkün qədər tez artırmaq çox vacibdir" Biz bunu ancaq güclü ordu yaratmaqla edə bilərik. Kifayət qədər güclü, istənilən potensial təcavüzkarı hücum etmək qərarına gəlməkdən çəkindirəcək", - Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib.
Ağarza Elçinoğlu