2021-ci ilin aprelində Dneprdə narkotik alverçisi olduğu iddia edilən Anar Məmmədovu qətlə yetirməkdə təqsirli bilinərək Ukraynada axtarışa verilmiş azərbaycanlı Moskvada həbs edilib. 

"Unikal" Rusiya KİV-nə istinadən xəbər verir ki, Cabbar Yusifi adlı şəxs Rusiyada güləş üzrə Gənclər Olimpiadasının qalibi olub. 

Məlumata görə, 29 yaşlı Cabbar Yusifi yol polisinin tələbini yerinə yetirməyərək Moskva Dairəvi yolunda dayanmayıb. Hadisə yerindən qaçmağa çalışan C. Yusifi polisin xəbərdarlıq atəşindən sonra təslim olub. 

Məlum olub ki, sözügedən şəxs İnterpolun axtarışında məlumat bazasındadır.

Ağarza Elçinoğlu