Türkiyənin Kastamonu bölgəsinin Doğanyurt rayonunda meşə yanğını baş verib.

"Unikal" xəbər verir ki, yanğına səbəb yol kənarına atılan siqaret kötüyü olub. 

Yanğın güclü küləyin təsiri ilə qısa müddətdə geniş əraziyə yayılıb. Kastamonu Meşə Region Müdirliyinin Doğanyurt, Kürə və İnebolu rayonlarından olan yanğınsöndürmə qrupları yanğına müdaxilə edib.

Hadisə nəticəsində 1 hektar meşə sahəsinə ziyan dəyib.

Ağarza Elçinoğlu