Samuxda 20 yaşlı qadın dəm qazından zəhərlənib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində baş verib. 2003-cü il təvəllüdlü Samirə Abbasova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 20 yaşlı qadının vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, S.Abbasova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Tural Əhmədov